Almaniya 4 sualtı qayıq almağı planlaşdırır
Almaniya NATO-nun tələblərini yerinə yetirmək üçün daha 4 sualtı qayıq almağı planlaşdırır.
Ordu.az xəbər verir ki, bu barədə Almaniyanın “Spiegel” jurnalı məlumat yayıb.
“U212 CD” tipli sualtı qayıqların alınması üçün artıq Bundestaqın Büdcə Komitəsinə məktubla müraciət edilib.
Sualtı qayıqlar üçün Büdcə Komissiyasının 4,7 milyard avroluq maliyyələşdirməni təsdiqləməsinin lazım olduğu bildirilən xəbərdə bu xərcin hələ büdcə planına daxil edilmədiyi məlumatı paylaşılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır