

“BW LPG” 12 iri müasir qaz daşıyıcısı alacaq
1955-ci ildə yaradılan “BW LPG “ şirkətinin 200 LNG və LPG gəmisi də daxil olmaqla, neft, qaz və quru yük daşıyan 450-dən çox gəmisi var. Donanmasını daha da gücləndirmək istəyən şirkət “Avance Gas Holdings”-dən 12 müasir nəhəng qaz daşıyıcısı (VLGC) aldığını bildirib.
“Seanews.az” xəbər verir ki, alınan donanmaya ikisi 2022-ci ildə, ikisi 2023-cü ildə tikilmiş 91 000 m3 həcmli 4 iki yanacaqlı VLGC gəmisi, həmçinin 2015-ci ildə tikilmiş 83 000 m3 həcmli 8 VLGC gəmisi daxildir. Gəmilər 2024-cü ilin sonuna qədər təhvil veriləcək. Bu gəmilər üçün “BW LPG “ şirkəti 1,05 milyard dollar ödəyəcək.
Maliyyələşdirmə səhm (19,282 milyon yeni “BW LPG” səhmi) və 585,4 milyon dollar ödəniş hesabına təmin ediləcək.
Səhm buraxılışından sonra “Avance Gas” şirkəti “BW LPG”-nin 12,77%-nə sahib olacaq.
Müqavilə “BW LPG”-nin donanmasını əhəmiyyətli dərəcədə genişləndirərək, o cümlədən 22 iki yanacaqlı LPG gəmiləri də daxil olmaqla sahib olduğu və idarə etdiyi VLGC gəmilərin sayını 41-dən 53-ə çatdıracaq.