Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-10,
Seanews
Heyder Eliyev

“Fincantieri” dörd yeni nəsil kruiz gəmisi inşa edəcək

“Fincantieri” (İtaliya) Norveçin “Norwegian Cruise Line Holdings” (“NCL”) şirkətlər qrupu üçün dörd yeni nəsil kruiz gəmisi inşa edəcək.

“Seanews.az” xəbər verir ki, iki gəmi “Regent Seven Seas Cruises” brendi üçün tikiləcək. İlkin qrafikə əsasən, onlar 2026 və 2029-cu illərdə təhvil veriləcək.

“Oceania Cruises” üçün sifariş edilən gəmilərin isə  2027-2028-ci illərdə təhvil verilməsi nəzərdə tutulur.

“Regent Seven Seas Cruises” üçün tikilən kruiz gəmilərinin ümumi tonajı 77 min ton, sərnişin tutumu - təxminən 850 nəfər olacaq.

“Oceania Cruises” üçün inşa edilən gəmilərin tutumu isə 86 min ton olacaq və səfərə 1450 sərnişinlə çıxacaq.

Müqavilə daha dörd oxşar gəminin inşası variantını nəzərdə tutur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır