Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

“Energos Force” üzən LNG terminalı Almaniyaya çatıb

“Energos Force” üzən maye qaz terminalı Almaniyanın Stade şəhərinin limanında lövbər salıb. Bu, artıq Almaniyada maye qaz üçün beşinci üzən terminaldır.

“Seanews.az” “Deutsche Energy Terminal” (“DET”) federal operatoru nümayəndəsinə istinadən bildirir ki, üzən terminal bir neçə həftəlik sınaq əməliyyatından sonra işə başlayacaq. O, Almaniyanın qaz şəbəkəsinə ildə 5 milyard kubmetrə qədər qaz verəcək.

Dövlət liman operatoru “Niedersachsen Ports” yeni terminalın ildə təxminən 50 LNG tankerinə xidmət göstərəcəyini ümid edir.

“Stade LNG” terminalından əlavə “DET” Almaniyada - Brunsbüttel, Lubmin və Wilhelmshavendə üç üzən LNG terminalını idarə edir. Növbəti bir neçə ay ərzində Vilhelmshavendə ikinci LNG terminalı hazır olacaq. Daha bir terminal Mukranda sınaqdan keçirilir.

“Energos Force” 2021-ci ildə Çində inşa edilib. Onun uzunluğu 294 metr, eni 47 metr, yükgötürmə qabiliyyəti isə 94 361 tondur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır