Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Böyük Britaniya nüvə sualtı qayığını təkmilləşdirir

Britaniya hökuməti “Vanguard” sinfinə aid nüvə sualtı gəmisi “HMS Victorious”-un modernləşdirilməsinə 560 milyon funt-sterlinq (707 milyon dollar) ayırıb.

“Seanews.az” xəbər verir ki, müqavilə “Babcock” müdafiə şirkəti ilə imzalanıb.

Ümumilikdə Böyük Britaniyada 1990-cı illərdə inşa edilmiş dörd nüvə enerjisi ilə işləyən “Vanguard” sinifli sualtı qayıq var: “HMS Victorious”-dan əlavə, söhbət “HMS Vanguard”, “HMS Vengeance” və “HMS Vigilant”-dan gedir. Hazırda onlardan yalnız ikisi istifadəyə yararlıdır.

Daha əvvəl xəbər verildiyi kimi, 12 “Trident II D-5” qitələrarası ballistik raket daşıya bilən Britaniyanın ilk “Dreadnought” sinifli strateji sualtı qayığı 2030-cu illərdə Kral Donanmasına daxil edilə bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır