Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

“Hoegh Autoliners” ammonyakla işləyən iki dəniz avtomobil daşıyıcısının tikintisi üçün maliyyə vəsaiti ayırıb

Avtomobil daşıyıcıları donanmasının Norveç operatoru olan “Hoegh Autoliners” gəmiçilik şirkəti ammonyakla işləyəcək iki dəniz avtomobildaşıyan gəminin (PCTC) tikintisi üçün maliyyə vəsaiti alıb.

“Seanews.az” xəbər verir ki, layihənin həyata keçirilməsi üçün “Enova” fondundan təxminən 14 milyon dollar ayrılıb.

“Hoegh Autoliners”-in sifariş kitabında cəmi 12 “Aurora” sinif gəmisi var. Bu gəmilər RO-RO yükləri: avtomobillər, kənd təsərrüfatı maşınları və dağ-mədən avadanlığı, eləcə də fərdi qablaşdırılmış yükləri daşıyır. Bütün gəmilər qaz mühərriki yanacağı və aşağı kükürdlü dəniz yanacağı ilə işləyən mühərriklərlə təchiz edilmişdir.

“Aurora” sinifli gəmilər 9,1 minə qədər nəqliyyat vasitəsini qəbul etmək üçün nəzərdə tutulub. “Hoegh Autoliners” bu gəmilərin ilk səkkizinin 2026-cı ilin ikinci yarısına qədər, ikisinin isə 2024-cü ilin ikinci yarısında çatdırılacağına ümid bəsləyir.

Norveç şirkəti “Hoegh Autoliners” 1927-ci ildə yaradılıb və Ro-Ro seqmentində dəniz nəqliyyatı xidmətlərinin təminatçısıdır. Hər il təxminən 1,6 milyon CEU nəql edir. Şirkətin donanmasına 30-dan çox gəmi daxildir.

2001-ci ildə yaradılan “Enova” şirkəti Norveçin Neft və Energetika Nazirliyinə məxsusdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır