Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Asiya-Avropa xəttində konteyner gəmilərinin tutumu il ərzində 1 milyon TEU artıb

2024-cü il fevralın əvvəlində Asiya ilə Avropa arasında ticarətə xidmət göstərən konteyner daşıma marşrutlarında ümumi tutumu 6,33 milyon TEU olan 431 gəmi fəaliyyət göstərib. Bu da bir il əvvəlkindən 19% və ya 1 milyon TEU çoxdur.

Bu barədə “Seanews.az” “Alphaliner”-in məlumatlarına istinadən xəbər verir.

Konteyner gəmilərinin əlavə tutumunun təxminən yarısı “MSC” hesabına əldə edilib. Asiya-Avropa daşıma bazarının 22%-dən çoxuna nəzarət edən İsveçrə daşıyıcısı tonaj tədarükünü illik müqayisədə 54% artıraraq 1,4 milyon TEU-ya çatdırıb.

Bu bazar seqmentində daşıyıcıların təklifi 19%, artıb, Avropaya yük axınının həcmi isə 8% artıb. Bu fərq gəmilərin Ümid burnu ətrafındakı dolama marşruta məcburi yönləndirilməsi ilə izah olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır