Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

“HMD” tərsanəsi avtonom naviqasiya sisteminə malik ilk konteyner gəmisinin tikintisini başa çatdırıb

“Hyundai Mipo Dockyard” (“HMD”, “HD KSOE”-yə daxildir) Cənubi Koreyanın avtonom naviqasiya sisteminə malik ilk konteyner gəmisinin adqoyma mərasimi keçirilib.

“Seanews.az” xəbər verir ki, gəmi “Pos Singapore” adlandırılıb.

Qarşıda gəmini kompleks sınaqlar gözləyir.  Üçüncü dərəcəli avtonom rejimdə necə işləməsi də sınaqdan keçiriləcək.

“Pos Singapore”-un sifarişçiyə - “Pan Ocean” gəmiçilik şirkətinə təhvil verilməsi martın sonuna planlaşdırılır.

“Pos Singapore”-dan başqa, “HMD” tərsanəsi eyni sifarişçi üçün başqa bir gəminin – “Pos Laemchabang”-ın tikintisini başa çatdırıb. Hər iki gəminin tikintisi üçün müqavilə 2022-ci ilin aprelində imzalanıb. “Handy” ölçülü (Liberiya bayrağı) bu konteyner gəmilərinin uzunluğu 172 metr, eni 27,4 metr, tutumu isə 1,8 min TEU-dur.

Hər iki gəmi işlənmiş qazların təmizlənməsi sistemləri (skrubberlər) ilə təchiz edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır