Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

minin çırpıldığı tarixi sarayın bərpası üçün 50 milyon dollarlıq girov qərarı ver

Məhkəmə İstanbul Boğazında Malta bayraqlı “Vitaspirit” gəmisinin çırpıldığı Həkimbaşı Salih Əfəndi sarayı üçün 50 milyon dollarlıq girov qərarı verib.   17-ci İstanbul  Ticarət Məhkəməsinin qərarında bildirilir ki, hadisə nəticəsində saray tarixi görünüşünü itirib. Malikanənin bərpası üçün ilkin mərhələdə 50 milyon dollara ehtiyac var. Bununla bağlı Məhkəmə Liman rəhbərliyi və Sahil təhlükəsizliyi xidmətinə zəruri sənədlərin hazırlanması göstərişini verib. Xatırladaq ki, aprelin 7-də Bosfor boğazında Misirdən Ukraynaya üzən 225 metr uzunluğundakı “Vitaspirit” adlı yük gəmisi sükanda yaranmış nasazlıq səbəbindən sahildə yerləşən Həkimbaşı Saleh Əfəndi malikanəsinə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin binaya ciddi ziyan dəyib. Dağılmış malikanə XVIII əsrdə tikilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır