Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

“HD KSOE” Liberiya üçün neft tankerləri inşa edəcək

Cənubi Koreya gəmiqayırma şirkəti “HD Korea Shipbuilding & Offshore Engineering Co.” (“HD KSOE”) Liberiya gəmiçilik şirkəti üçün iki neft tankeri inşa edəcək.  Müqavilənin dəyəri 170 milyon dollardır.

“Seanews.az” xəbər verir ki, gəmilərin 2026-cı ilin ortalarına qədər istismara verilməsi planlaşdırılır.

Hər iki tanker “Hyundai Samho Heavy Industries Co” gəmiqayırma zavodunda tikiləcək.

Qeyd edək ki, ən son müqavilə də daxil olmaqla, “HD KSOE” bu il 20,36 milyard dollarlıq sifariş alıb və illik planını 12,94 milyard dollar üstələyib.

“HD Korea Shipbuilding & Offshore Engineering” (“HD KSOE”) üç gəmiqayırma bölməsindən - “Hyundai Heavy Industries Co.”, “Hyundai Mipo Dockyard Co.” və “Hyundai Samho Heavy Industries” ibarətdir.  Holdinq gəmiqayırma, neft emalı və maşınqayırma sahəsində ixtisaslaşmış “HD Hyundai” şirkətlər qrupuna daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır