Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

“AD Ports Group” 200 milyon dollara 10 dəstək gəmisi alacaq

Əbu-Dabidə yerləşən və beynəlxalq ticarət, gəmiçilik, logistika və sənaye sahələrində ixtisaslaşmış şirkətlər qrupu olan “AD Ports Group” Yaxın Şərq və Cənub-Şərqi Asiyada dəniz əməliyyatlarının inkişafını dəstəkləyəcək 10 dəniz gəmisi almaq üçün müqavilə imzalayıb.

“Seanews.az” xəbər verir ki, müqavilənin məbləği təqribən 200 milyon dollar təşkil edir. Gəmilərin orta yaşı 9 ildən çox deyil. Gəmilərin hamısı 2023-cü ilin dördüncü rübündə təhvil veriləcək.

Gəmilər dəniz təchizat gəmiləri donanmasının beynəlxalq sahibi və operatoru olan “E-NAV”-dan alınacaq. Buraya çoxməqsədli dəstək gəmiləri, platforma təchizat gəmiləri, dalğıc işlərini təmin edən gəmilər və platforma yerləşdirmə gəmiləri daxildir.

2006-cı ildə yaradılmış “AD Ports Group” (BƏƏ) logistika üzrə ixtisaslaşıb, liman infrastrukturuna, gəmiçilik və bunker biznesinə sahibdir və azad iqtisadi zonaları idarə edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır