Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Son 12 ayda dünyada cəmi 11 VLCC tankeri sifariş edilib

Böyük tutumlu tanker donanmasının köhnəlməsi artıq neft bazarında gəmi qıtlığına səbəb olur.

Böyük tutumlu tankerlərin (VLCCs) təxminən 30%-i üçün enerji səmərəliliyi standartlarına, xüsusən Enerji Effektivliyi Gəmi İndeksinə (EEXI) və Karbon İntensivlik Göstəricisinə (CII) cavab vermək çətin olacaq.
Üstəlik, VLCC tanker parkının 14%-nin 20 və ya daha çox, 30%-nin isə 15 ildən çox yaşı var. “Bu, 2001-ci ildən bəri köhnə tankerlərin ən yüksək faizi olduğundan, həmin gəmilər səmərəsizliyə görə, yaxın gələcəkdə sökülməyə namizəddirlər”, - “Offshore Energy” nəşri yazır.

Eyni zamanda, qlobal neft tələbinin artmaqda davam edəcəyi gözlənilir. Enerji İnformasiya Administrasiyasının (EIA, ABŞ) proqnozuna görə, 2024-cü ilin dekabrına qədər neftə tələbat sutkada 2,8 milyon barel artaraq 104,6 milyon barel təşkil edəcək.

"Bu ölçüdə tankerlər üçün sifariş kitabçası ən aşağı səviyyədədir, aktiv donanmanın təxminən 2%-ni təşkil edir. Neft bazarının əhəmiyyətli dərəcədə genişlənməsinə və vəziyyətin 1980-1990-cı illərdəki bumu xatırlatmasına baxmayaraq, yeni gəmilər üçün sifariş kitabçası kiçik olaraq qalır”, - deyə “Frontline” şirkətinin baş icraçı direktoru Lars Barstad bildirib.

Son 12 ayda dünyada cəmi 11 VLCC tankeri və ya aktiv iri tonajlı tanker donanmasının cəmi 1%-i qədər sifariş edilib.

Bütün bunlar daşıma qabiliyyətinin çatışmazlığına gətirib çıxarır. Gözlənilən qlobal neft tələbatını ödəmək üçün 2024-cü ilin sonuna kimi 92 yeni böyük tutumlu tankerə ehtiyac olacaq, lakin hazırda yalnız 17-si layihələndirmə mərhələsindədir. Bundan əlavə, 2025-ci ilə qədər bu ölçüdə 54 tankerin 20 yaşı olacaq, bu da 129 gəmi çatışmazlığına səbəb olacaq.

Donanma yaşlandıqca gəminin səmərəliliyi azalır, problemlər artır. L. Barstadın fikrincə, yükdaşıma tariflərinin artması səbəbindən qoyulan yaş məhdudiyyətləri də sual altında qala bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır