Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Türk axını”nın boruları dünyanın ən böyük tikinti gəmisi ilə döş

“Türk axını” layihəsinin ilk xəttində borudöşəmə işləri dünyanın ən böyük inşaat gəmisi ilə yerinə yetirilir. Artıq layihənin birinci qolunun dəniz hisssəsinin inşası tamamlanıb. Borudöşəmə işləri isə dünyanın ən böyük  gəmisi “Pioneering Spirit” ilə gerçəkləşdirilir. İsveçrənin “Allseas”şirkətinin dizayn etdiyi inşaat gəmisi özəl olaraq iri neft və qaz platformalarının montaj və sökülməsi, ağır boru xətlərinin döşənməsi üçün layihələndirilib. Gəminin tikintisi 2012-ci ildə Koreyada fərqli blok və modullarla başlayıb və iki hissə halında inşa olunduqdan sonra 2013-cü ildə birləşdirilib. Gəmi ilk dəfə 2016-cı ilin avqustunda Norveçdə 13,500 tonluq platformanı qaldıraraq əməliyyata başlayıb. “Pioneering Spirit” 48 min ton  qaldırma tutumuna malikdir. Üzən vasitə ilə  eyni anda 2,5 Eyfel qülləsinə bərabər yükü qaldırmaq mümkündür.  Bundan bşqa, gəmi dənizlərdəki neft və təbii qaz platformalarını 8 saniyə içərisində qaldırma özəlliyinə malikdir. Dərin dəniz boru xətti döşəmə işinə ilk dəfə “Türk axını” layihəsində gerçəkləşdirən “Pioneering Spirit”in eni 382, uzunluğu 124 metrdir.  Gəmiylə “Türk axını” layihəsinin dəniz hissəsi boyunca ən çox 2 min 200 metr dərinlikdə boru döşənib.  “Pioneering Spirit” işləmə prinsipi belədir: 12 metrlik iki boru birləşdirilir və dəniz altına endirilir. Beləliklə, gəmi iki borunun birləşdirilməsindən sonra hərəkət edib 24 metrdən bir dayanır. Hər boru birləşdirmə prosesinin şəkili çəkilərək problem yarandığı təqdirdə nəzarət olunması üçün saxlanır. Bundan başqa, ayrıca bir nəzarət gəmisi də “Pioneering Spirit”i  bəlli bir məsafədən izləyir.  88 meqavatlıq səkkiz generatorla elektrik ehtiyacını qarşılayan gəmi, 21 milyon litr dizel ilə yüklənə, orta sürətdə gündə 100 min litr və tam sürətlə 400 min litr istehlak edir. 40 ölkədən 562 adamın çalışdığı “Pioneering Spirit”də hər bir işçinin ayrıca otağı var. Burda çalışanlar üçün yeməkxana, istirahət və əyləncə otaqları da fəaliyyət göstərir.  İşçilər ümumiyyətlə  5 həftə boyu 7 gün və gündə 12 saat işləyirlər, lakin sonra 5 həftə buraxılırlar, bəzi işçilərin işləmə müddəti ölkənin məsafəsi səbəbindən 12 həftəyədək ola bilər. Gəmi heyətinin gücdən düşməməsi üçün onların bəslənməsinə xüsusi diqqət göstərilir. Gəmidə həftədə 250 kiloqram düyü və 11 min ədəd yumurta istehlak edilir.  Keçən ilk iyunun sonunda “Türk axını” layihəsinin dərin sulardakı döşəmə işlərinə başlayan “Pioneering Spirit” bugün təxminən 10 aylıq yolçuluqdan sonra Türkiyə sahillərinə çatıb. Kapitan Fernengel bildirib ki, indiyədək  74 mindən çox boru qaynaq edilib.    


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır