Helsinki limanına 4904 gəmi yan alıb
2023-cü ilin yanvar-avqust aylarında Finlandiyanın Helsinki limanının yük dövriyyəsi əvvəlki illə müqayisədə 10,1% azalaraq 9,2 milyon ton təşkil edib.
Liman administrasiyasının məlumatına görə, qablaşdırılmış yüklərin aşırılması 9,9% azalaraq 7,7 milyon tona, balker yüklərin aşırılması 8,3% azalaraq 857,2 min tona, digər yüklərin aşırılması 18% azalaraq 515,8 min tona düşüb.
Limanın konteyner dövriyyəsi 9,5% azalaraq 294,2 min TEU təşkil edib. Helsinki limanı ilə daşınan Ro-Ro yüklər 8% azalaraq 432,5 min ədəd təşkil edib.
Eyni zamanda, limandan keçən sərnişinlərin sayı 16,6% artaraq 6,27 milyon nəfərə çatıb.
Hesabat dövründə limana 4904 gəmi yan alıb ki, bu da 3,8% az deməkdir.
Helsinki limanı Finlandiyanın ən böyük limanlarından biridir. 2022-ci ildə limanın yük dövriyyəsi 15,18 milyon ton təşkil edib.
“Seanews.az”