Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

G-yə məxsus geoloji kəşfiyyat gəmisinin əsaslı təmiri başa ça

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus “Geofizik-3” geoloji kəşfiyyat gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmir edilib. Gəmidə bütün sahələr üzrə təmir işi həyata keçirilib. Belə ki, “Geofizik-3”-ün baş göyərtəsi, elektrik motoruyla birlikdə 7 ədəd nasosu, daxili bölmələri tamamilə təmir olunub. Bir ədəd baş mühərrik sazlanıb, 2 ədəd yeni köməkçi mühərrik quraşdırılıb. Təmir müddətində gəminin boru sistemlərinə, kabel xətlərinə də baxış keçirilib, nasazlıqlar tamamilə aradan qaldırılıb. Bundan başqa, gəminin sualtı və suüstü hissələri təmizlənərək yenidən rənglənib, heyətin iş və məişət şəraiti müasir tələblərə uyğun təmin edilib. Gəmi dəniz sınağından uğurla keçib və yenidən istismara qaytarılıb. Qeyd edək ki, “Geofizik-3” geoloji kəşfiyyat gəmisinin uzunluğu 55,76, eni 9 metrdir. Gəminin sürəti 11 uzelə bərabərdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır