Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

“Monjasa” Sinqapurda üç bunker işlədəcək

Asiyada genişlənməsinin bir hissəsi olaraq beynəlxalq gəmi yanacağı tədarükçüsü “Monjasa” 2023-cü ilin sonuna qədər Sinqapurda üç yanacaq təchizatı tankerini istismar etməyi planlaşdırır.

“Ship & Bunker” sahə portalına görə, bir gəmi artıq Sinqapurda istismara verilib. Bu ilin sonuna kimi ona daha iki təchizat gəmisi qoşulacaq.

“Monjasa” həmçinin Sinqapuru bioyanacaqla təmin etmək imkanlarından istifadə etməyi də nəzərdən keçirəcək.

Hər üç tanker hesabat proqramı yoxlanışından keçəcək və Sinqapurda gəmi bu sahədə təcrübəsi olan gəmi heyətləri tərəfindən idarə olunacaq.

“Monjasa”-nin donanmasına 30 gəmi daxildir. Şirkətin ötən il Asiyadakı yanacaq təchizatı 1 milyon ton təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır