“CMA CGM” üçün 16 böyük tutumlu konteyner gəmisi inşa ediləcək
Çin Dövlət Gəmiqayırma Şirkəti (“CSSC”) “CMA CGM” üçün 16 iri tonajlı konteyner gəmisi tikmək sifarişi alıb.
“Seanews.az”-ın məlumatına görə, sifarişə 12 metanolla işləyən 16 000 TEU-luq konteyner gəmisi və dörd LNG ilə işləyən 23 000 TEU-luq konteyner gəmisi daxildir.
Müqavilə 3 milyard dollar dəyərində qiymətləndirilir.
Uzunluğu 366 metr, eni isə 51 metr olacaq 16 000 TEU-luq gəmilər “CSSC Dalian Shipbuilding Industry” və “CSSC Jiangnan Shipyard” tərəfindən (hər birində 6 gəmi) inşa ediləcək.
Uzunluğu 399,9 metr və eni 61,3 metr olacaq 23 000 TEU-luq gəmilər isə “CSSC Hudong-Zhonghua Shipbuilding”-də inşa ediləcək.
Qeyd edək ki, son 10 ildə “CSSC”-nin tərsanələrində “CMA CGM” üçün 70-dən çox konteyner gəmisi, o cümlədən dünyanın ilk LNG ilə işləyən 23 000-lik “CMA CGM Jacques Saade” gəmisi inşa edilib.