Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

tonluq kran gəmisi əsaslı təmir ol

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansında olan 40 tonluq  “Atamoğlan Kərimov”  kran gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmir edilib. Təmir müddətində gəminin sualtı və suüstü hissələri təmizlənərək yenidən rənglənib, onun gövdəsi, mexanizmləri, o cümlədən kran qurğuları yüksək səviyyədə təmir olunub, heyətin iş və məişət şəraiti müasir tələblərə uyğun təmin edilib. Gəminin baş və köməkçi mühərrikləri də əsaslı surətdə təmir edilib. O cümlədən, nasoslar, seperatorlar, boru sistemləri və sair yüksək keyfiyyətlə sazlanıb. Avadanlıqların işləkliyinə bir daha əmin olmaq üçün gəmi dəniz sınağından keçirilib. Bütün sınaqlar uğurla başa çatıb. Məlumat üçün bildiririk ki, “Atamoğlan Kərimov” kran gəmisinin uzunluğu 63,8, eni 15 metrdir. Gəmi 1520 at gücündə mühərriklə təchiz olunub və surəti 11,24 uzeldir. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin kran gəmiləri dənizdə həyata keçirilən neft-qaz əməliyyatlarının təminatında əhəmiyyətli rol oynayırlar. Bu tip gəmilərə daim tələbat olduğundan, onların texniki vəziyyətinə hər zaman xüsusi diqqət yetirilir.                         


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır