Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

“Evergreen” 12500 konteyner sifariş edib

Tayvanın “Evergreen Marine Corporation” şirkəti Çin istehsalçısı “Singamas Container Holdings”-ə 12500 konteyner sifariş edib,

“Seanews.az”-ın məlumatına görə, müqavilənin dəyəri 34,3 milyon dollardır.

Yanvar ayında “Evergreen” 40 min konteyner almağı planlaşdırdığını açıqlamışdı. Eyni zamanda, 2022-ci ildə daşıyıcı Sinqapurdakı törəmə müəssisəsindən ümumilikdə 51,5 milyon dollar dəyərində 9,8 min yeni və təxminən 6,2 min işlənmiş konteyner alıb. Bundan əlavə, keçən il “Dong Fang International Container”-dən aldığı 7,8 min soyuducu konteyner “Evergreen” şirkətinə 65,2 milyon avroya başa gəlib.

Qeyd edək ki, “Evergreen” yaxın iki il ərzində donamasına 51 konteyner gəmisi qəbul edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır