Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Yeni nəsil konteyner gəmisinin layihəsi hazırlanır

Gəmi sahibləri və mühəndis şirkətlərinin daxil olduğu Fransa konsorsiumu 2025-ci ilə qədər külək və sintetik yanacaqla işləyəcək hibrid elektrik stansiyası ilə yeni nəsil konteyner gəmisi layihələndirməyi planlaşdırır.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, “MerVent” 2025 layihəsinin inkişafına qoyulacaq vəsait 5 milyon dollardan az olmayacaq.

Konsorsiuma «Gaztransport & Technigaz” (GTT) şirkəti, “Zéphyr & Borée”, “CWS” gəmilərinin sahibi, enerji optimallaşdırma tədqiqat qrupları ilə birgə “Centrale Nantes Universiteti” qanadlı yelkənin konstruktoru və istehsalçısı, “GTT” qrupunun törəmə şirkəti “OSE Engineering” daxildir.

“GTT” özü yeni gəmi üçün bortda CO2 tutma sistemi hazırlamalı olacaq.

"Bu hibrid külək və sintetik yanacaqlı konteyner gəmisinin konstruksiyası karbonsuz ticarət gəmilərinin yeni nəslinin ilki olacaq.

Dəniz və Hava Donanmasının məlumatına görə, ekoloji cəhətdən təmiz konteyner gəmisi layihəsinin 2025-ci ilin ortalarında təqdim ediləcəyi gözlənilir, bundan sonra konsorsium onun tikintisi üçün lisenziyaları maraqlı şirkətlərə satacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır