Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Keçən il konteyner donanması 191 gəmi artıb

2022-ci ildə dünya konteyner donanması 191 gəmi artıb. Gəmilərin sayının artması ilə əlaqədar olaraq konteyner donanmasının ümumi tutumu 4% və ya 1 milyon TEU çoxalıb.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki,  mülkiyyət strukturunda da dəyişikliklər olub. 2022-ci ildə operatorlar öz donanmalarını qurmağa və gəmilərə sərmayə qoymağa üstünlük veriblər.

İcarəyə götürülmüş tonajların sayı 198 gəmi azalıb və gəmilərin sayındakı payı 50%-dən 45%-ə düşüb.

2022-ci ildə ən sürətlə böyüyən bazar sektoru 15-18 min TEU tutumlu gəmilər donanması olub. 19 gəmi ilə 33% artıb. Bu saydan 14 konteyner gəmisi operatorlara məxsus deyil. Operatorlar orta tutumu 10 min TEU-dan 12,5 min TEU-a qədər olan gəmilər və  tutumu 100 TEU-dan 500 TEU-a qədər fiderlər sinfinə xüsusi maraq göstərməyiblər.

2022-ci ildə say və tutumun sabitliyini tutumu 4 min TEU-dan 10 min TEU-a qədər olan konteyner gəmilərinin donanması və 500 TEU-dan 1000 TEU-a qədər fiderlər sinfi nümayiş etdiib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır