Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Dünyanın ən böyük elektrik bərəsi təqdim edilib

Avstraliyada dünyanın ən böyük elektrik bərəsi təqdim edilib.

“Seanews.az”  xəbər verir ki, gəmi Argentina və Uruqvay arasında sərnişin daşıyacaq.

148 metr uzunluğunda “Utility Ro-Pax”  elektrik bərəsini Avstraliyanın yüksək sürətli bərə istehsalçısı “Incat Tasmania” təhvil verəcək.

Gəmiyə iki 9,6 MVt elektrik mühərriki quraşdırılıb. 25 knot-a qədər sürətlə hərəkət edə biləcək  gəmi 2100 sərnişin və 226 nəqliyyat vasitəsi daşıyacaq.

Bərənin əvvəlcə LNG ilə işləməsi nəzərdə tutulmuşdu. Sonra tərtibatçılar sıfır emissiyalı elektrik enerjisindən istifadə etməyin daha yaxşı olduğuna qərar verdilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır