Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

minin çırpıldığı tarixi saraya dəymiş zərəri kim ödəyəc

Bosfor boğazında Malta bayraqlı ”Vitaspirit” gəmisinin çırpıldığı saraya dəyən zərəri dünyanın ən böyük sığorta klublarından sayılan Böyük Britaniyaya məxsus “P&I club” ödəyəcək. İlkin hesablamaya görə, malikanəyə ümumilikdə 60 milyon dollar ziyan dəyib. Sığorta şirkəti sarayın içərisindəki tarixi əsərlərə görə də təzminat verəcək. Şirkət vəsaiti ödəmək üçün mütəxəssislərin apardığı araşdırmaların nəticəsini gözləyir. Təzminat məbləğinin isə artacağı bildirilir. Türkiyə mətbuatının məlumatına görə,  “P&I Club” indiyədək beynəlxalq  sularda üzən 10 min gəmini sığortalayıb.  Hər il qəzalara görə Klub tərəfindən milyonlarla pul ödənilir. Xatırladaq ki, aprelin 7-də Bosfor boğazında Misirdən Ukraynaya üzən 225 metr uzunluğundakı “Vitaspirit” adlı yük gəmisi sükanda yaranmış nasazlıq səbəbindən sahildə yerləşən Həkimbaşı Saleh Əfəndi malikanəsinə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin binaya ciddi ziyan dəyib. Dağılmış malikanə XVIII əsrdə tikilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır