Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

“Gelibolu” gəmiqayırma zavodunda tikilən gəmilər ekoloji tələblərə cavab verəcək

Türkiyənin “Gelibolu” gəmiqayırma zavodunda Niderlandın “Conoship International Projects” (“CIP”) konstruktor bürosunun layihəsi üzrə innovativ yeni nəsil çay-dəniz naviqasiya gəmisinin tikintisinə başlanılıb.

Mütəxəssislərin fikrincə, layihənin fərqləndirici xüsusiyyətləri dizel-elektrik hərəkət sistemi, böyüdülmüş pərvanə və optimallaşdırılmış gövdə formasıdır ki, bu da öz sinfində, xüsusən də küləkli hava şəraitində ən az yanacaq sərfiyyatına nail olmağa, “Econowind VentiFoils”  yelkən sisteminin quraşdırılması vasitəsilə külək enerjisindən istifadə etməyə, bunker istehlakını təxminən 10% azaltmağa imkan verəcək. Gəmilər bütün mövcud və yeni ekoloji tələblərə cavab verəcəkdir.

Türkiyədə tikiləcək gəmi ümumi yüklər daşımaq üçün nəzərdə tutulub və dedveyti 3,6 min ton olacaq. Çatdırılma 2023-cü ilə planlaşdırılır.

Eyni dedveytli daha iki gəmi Niderlandın “Holland Shipyards Group” tərsanəsində inşa ediləcək.

“Conoship International Projects”-in  xüsusən də dedveyti 3,8 min ton və 5,8 min ton layihə üçün başqa variantları da var. Dedveyti 3,8 min ton olan üç gəmi “Holland Shipyards Group” tərəfindən inşa ediləcək. Beş gəminin hamısı 2024-cü ilə çatdırılacaq. “Conoship” innovativ quru yük gəmilərinin sifarişçilərinin kimliyini açıqlamır. Şirkət 5,8 min ton dedveytli layihəni yaxın vaxtlarda bazara çıxarmağı planlaşdırır.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır