Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

Rusiyanın təmirdə olan yeganə kreyserində yanğın olub

Rusiyanın Murmansk şəhərində Zvezdoçka zavodunda təmirdə olan təyyarədaşıyan “Admiral Kuznetsov” kreyserində yanğın baş verib.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya birləşmiş gəmiqayrıma şirkətinin rəhbər Aleksey Raxmanov bildirib.

Aleksey Raxmanov təmir zamanı “kiçik yanğın” baş verdiyini iddia edir. Onun sözlərinə görə, dağıntı və tələfat olmayıb. Gəminin yanğınsöndürmə sisteminin işə düşməsi nəticəsində yanğın söndürülüb.

Qeyd edək ki, bu kreyser 1991-ci ildə istismara verilib. Dünyanın bir çox bölgələrində, o cümlədən Suriya və Qara dənizdə Rusiya Silahlı Qüvvələrinin əməliyyatında iştirak edib. Kreyser 24-26 qırıcı və 12 helikopter tutumuna malikdir.

Rusiyanın yeganə aviadaşıyıcısı olan “Admiral Kuznetssov” 2024-cü ildə donanmada fəaliyyətinin bərpa edəcək.

Kreyser 2018-ci ildə Suriyada əməliyyatlarda iştirakdan sonra təmirə dayanıb.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır