“Vafias” şirkəti üç həftə ərzində üçüncü balkerini alıb
Vafias ailəsi tərəfindən idarə olunan Yunanıstanın “Vafias” şirkəti, Monakkonun “GoodBulk» şirkətindən “Aquataine” balkeri alıb.
“Seanews.az”-ın məlumatına görə, detveyti 182 min ton olan quru yük gəmisi 12 il əvvəl İmabari gəmiqayırma zavodunda tikilib.
Balker “Vafias”-ın törəmə şirkəti olan “Brave Maritime” tərəfindən idarə olunacaq.
Son bir neçə həftə ərzində “Vafias” Cənubi Koreyanın “H-Line Shipping” şirkətindən 2011-ci ildə inşa edilmiş və dedveyti 174 000 olan “Aquafortune” və dedveyti 179 000 ton olan “Hl Shinboryeong” balkerləri əldə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır