Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Müflis olmuş Çin tərsanələri yenidən canlandırılır

Çinin “STX Dalian Shipbuilding” gəmiqayırma zavodu miflis olandan 8 il sonra fəaliyyətini bərpa edib.

“Splash”-in Çin mətbuatına istinadən verdiyi məlumata görə, “STX Dalian” dedveyti 20 min ton olan dörd gəmi tikmək üçün sifariş alıb.

Bu yay “Hengli Group”-un neft-kimya holdinqinin törəmə şirkəti olan “Hengli Heavy Industry Group” gəmiqayırma zavodu “STX Dalian”-ın bütün aktivlərini 257 milyon dollara alıb.  Çin mediasına görə, məhz “STX Dalian” üçün ilk sifarişlər verilib. Yeni gəmilər “Hengli”-nin 12 gəmidən ibarət donanmasına əlavə olunacaq və kömür daşımalarına cəlb ediləcək.

Çində əvvəllər bağlanmış gəmiqayırma zavodlarının yenidən açılması ənənəsi güclənir. Buna səbəb Şərqi Asiyanın ən böyük gəmiqayırma zavodlarının əksəriyyətinin iş yüküdür.

Oktyabr ayında “SPS Shipyard” adlandırılan “Jiangsu Rongsheng Heavy Industries” tərsanəsi bazara qayıtdığını elan etdi. Bu özəl gəmiqayırma zavodu 2006-cı ildə Yangtze çayının deltasında salınıb, dörd quru dok və böyük tutumlu filiz daşıyıcıları tikilib. 2021-ci ildə qlobal böhran fonunda gəmiqayırma zavodu müflis oldu.

Bu yaxınlarda milyarder George Econom-a məxsus Yunanıstanın “TMS Dry” şirkəti “SPS Shipyard”-a  dedveyti 82 min ton olan 6 “Kamsarmax” və 180 min ton dedveytli 4 “Capessize” gəmisi sifariş verib. Sövdələşməyə daha 4 “Kamsarmax” toplu daşıyıcısı üçün opsion daxildir. Müqaviləyə əsasən, "Kamsarmax" yükdaşıyıcısının dəyəri 33 milyon dollar, “Capesize”-nin dəyəri 62 milyon dollardır. İlk gəmi 2024-cü ilin payızında istismara verilməlidir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır