Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Xankəndi” gəmisi ilk işini tamamla

“Xankəndi” sualtı tikinti gəmisi Xəzərdə ilk layihə quraşdırma işini uğurla başa çatdırıb. Bu barədə BP-dən məlumat verilib. Xatırladaq ki, “Xankəndi” gəmisi xüsusi olaraq “Şahdəniz-2” layihəsinin sualtı qurğularını quraşdırmaq üçün Bakı Gəmiqayırma Zavodunda  inşa edilib. Gəmi 10 il müddətində bu layihədə istismar olunacaq.   “Xankəndi”-nin maksimal sürəti 13,5 knot, uzunluğu 155 metr, eni 32 metr, maksimal suya oturumu 7,5 metr və əsas göyərtəsinin hündürlüyü 13 metrdir. Gəmi 3,5 metr hündürlüyündə böyük dalğalarda fəaliyyət göstərməsi üçün dinamik mövqeləndirmə sisteminə malikdir.  Onu da deyək ki, sözügedən gəminin  rəsmi açılış mərasimi Prezident İlham Əliyevin iştirakı ilə sentyabrın əvvəlində Bakıda baş tutub.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır