Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-02-09,
Seanews
Heyder Eliyev

Yaponiya sentyabrda 16 gəmi tikintisi üzrə sifariş alıb

Yaponiya bu ilin sentyabrında 16 gəmi tikintisi üzrə sifariş alıb. Bu, avqust ayı ilə müqayisədə 1 ədəd çoxdur.

“Seanews.az” xəbər verir ki, bu barədə Yaponiya Gəmi İxracatçıları Birliyi məlumat yayıb.

Birlikdən bildirilib ki, cari ilin yanvar-sentyabrında ümumilikdə 214 gəmi sifarişi qeydə alınıb.  Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 faiz azdır.

Bundan başqa, Yaponiya avqustda 14, sentyabrda 16 gəmi ixrac edib.

Ümumilikdə, ilin 9 ayında ixrac olunan gəmi sayı 136 ədəd olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,4 faiz azalma deməkdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır