Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

“Wind Challenger” sistemi ilə dünyanın ilk quru yük gəmisi istifadəyə verilib - Video

Oktyabrın 7-də külək enerjisini hərəkət qüvvəsinə çevirən sərt yelkənli “Wind Challenger” sistemi ilə təchiz edilmiş quru yük gəmisi istismara verilib.

“Oshima Shipbuilding Co., Ltd.” tərsanəsində inşa edilən “Shofu Maru” adlı balker dünyada “Wind Challenger” sistemi ilə təchiz edilmiş ilk gəmidir. Bu quru yük gəmisi “Tohoku Electric Power Co” şirkəti üçün Avstraliya, İndoneziya və Şimali Amerikadan kömür daşıyacaq.

Mitəxəssislər əminliklə bildirirlər ki, “Wind Challenger” texnologiyasından istifadə adi gəmilərlə müqayisədə istixana qazı emissiyalarını Yaponiya-Avstraliya marşrutunda təxminən 5% və Yaponiya-Şimali Amerikanın qərb sahili marşrutunda təxminən 8% azaltmağa imkan verəcək.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır