Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Dənizdən yazan var, dənizçidən yox

Şikayət eşitdim birindən bu gün
Haqlıydı gileyi əslində bütün
Söylədi üzümə axı nə üçün,
Dənizdən yazan var, dənizçidən yox?
 
Şikayət eylədi haqlı, yerində
Axı, onlar gəzir dərya dərində
Şeirdə, mahnıda bax hər birində
Dənizdən yazan var, dənizçidən yox.
 
Dənizdən dənizə yollar açan O
Dalğalar üstündə gəzən, qaçan O
Dəryada üfüqdə şəfəq saçan O
Dənizdən yazan var, dənizçidən yox.
 
Yolları o açdı uzaq torpağa
Qitəyə, adaya, buzlaq oylağa
Sanki qoyulubdur buna qadağa
Dənizdən yazan var, dənizçidən yox.
 
Qaldırıb göylərə yelkən tirini
Gətirdi ellərə dünya sirrini
Unutdu hər kəsmi belə birini?
Dənizdən yazan var, dənizçidən yox.
 
Deməyin ötəri bu bir həvəsdir
Dənizçi dənizə yeni nəfəsdir
Sanmayın gileyi nahaq, əbəsdir
Dənizdən yazan var, dənizçidən yox.
 
Zöhrab İsayev - dənizçi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır