Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Sevgimə bələyin məni 

İlk sevgimlə sevdim, hələ sevirəm,
Sevirəm Məcnuntək düzün içində.
Kərəm nələr çəkdi, bunu bilirəm,
Sevirəm alovun, közün içində.

Sevgi bulağının suyun içmişəm,
Sevgi dənizini üzüb keçmişəm,
Dərələr keçmişəm, dağlar keçmişəm
Fərhadın qoyduğu izin içində.

Çəkin imtahana yoxlayın məni,
Nə olsun saçımda görürsüz dəni.
Tanrı özü sevir hər bir sevəni
Onun sevgisi var yazın içində.

Tək bir arzum qalıb, dinləyin məni,
Sevgi ələyində ələyin məni.
Öləndə sevgimə bələyin məni
Qoymayın beş metə bezin içində.

Hüseyn Sözlü


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır