• Bakı, 2019-11-22,
Seanews
Heyder Eliyev

Neft və Qaz sərgisində uğurlu iştirakına görə ASCO-ya sertifikat verilib

“Bakı Ekspo Mərkəzi”ndə keçirilən 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz”  sərgisi bu gün öz işini yekunlaşdırır. 

Sərgiyə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Caspian Marine Services şirkəti birgə stendlə qatılıb. 

Builki sərgidə  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilk dəfə olaraq yenilənmiş ASCO  brendi adı altında təmsil olunub.

Üç gün davam edən sərgi zamanı ASCO-nun stendində ziyarətçilərə maketlər, şəkillər, çap məhsulları, videoçarxların köməkliyi ilə göstərilən xidmətlər haqqında ətraflı məlumat verilib. Xüsusi tərtibata malik stend həm yerli, həm də xarici ziyarətçilərdə xüsusi maraq yaradıb.




Sərginin yekununda iştirakçı şirkətlərə, o cümlədən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə təşkilat komitəsi adından sertifikat təqdim olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır