Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Veteran dənizçi Kərəm Məmmədovun doğum günüdür

Bu gün veteran dənizçi Kərəm Məmmədov anadan olmasının 83-cü ildönümüdür.

O, 5 yanvar 1941-ci ildə  anadan olub. Hərbi xidmətini Şimal dənizində dənizçilik alayında keçirib. Burada dənizçiliyin iş prinsipini öyrəndiyinə görə alayda ona matrosluq sənədi veriblər. Ordudan tərxis olunduqdan sonra 1964-cü ildə Xəzər Neft Donanma İdarəsinə matros kimi işə qəbul olunub. Donanmada işləyərkən dənizə marağı onu dənizçilik təhsili almağa sövq edib.  1968-ci ildə səndələrini o vaxtkı Qafur Məmmədov adına məktəbə – indiki Azərbaycan Dövlət Dənizçilik Akademiyasına verib. 1973-cü ildə buranı bitirdikdən sonra artıq matros yox, gəmi sürücüsü kimi işləməyə başlayıb. 1986-cı ildə isə Odessa Ali Dənizçilik Məktəbini bitirib.

Kərəm Məmmədov Xəzər dənizi ilə yanaşı, Şimal dənizində bir çox gəmidə çalışıb.

Qocaman kapitan bu millətin tarixini sinəsində gəzdirən dənizçilərdəndir. 20 Yanvar hadisələrinin gedişatına birbaşa təsir etmiş kapitanlardan biridir. O, həmin hadisələr zamanı “Komsomolun 40 illiyi” adına teploxodun kapitanı olub.

Kərəm Məmmədovu doğum günü münasibətilə təbrik edir, ona cansağlığı, xoş günlər arzulayırıq


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır