Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-01,
Seanews
Heyder Eliyev

Yol kimindir?

Dəniz ucsuz-bucaqsızdır. Göz işlədikcə baxırsan, sonunu görə bilmirsən. Bəlkə də, qurudan baxanlara elə gəlir ki, dənizdə gəmiləri haradan və necə istəsən, sürmək olar.

 Əsla belə deyil. Gəmilərin hərəkətdə olduğu ərazilərdə də “yol hərəkəti qaydaları” mövcuddur.

“Gəmilərin qarşılıqlı cavabdehliyi” qaydasını hər bir gəmi sürücüsü əzbər bilməlidir. “Dənizdə toqquşmaların qarşısının alınmasına dair beynəlxalq qaydalar”a daxil olan bu tələblər hərəkətdə olan gəmilərin keçmə ardıcıllığını müəyyən edir.

Məsələn, bu qaydaya görə mexaniki mühərrikli gəmilər hərəkətdə olarkən, idarəetmə imkanından məhrum, manevr etməsi çətin olan, balıq ovu üçün nəzərdə tutulmuş və yelkənli gəmilərə yol verməyə borcludur.

Bu siyahıda olan gəmilərin özlərinin də müəyyən cavabdehliyi var. Belə ki, yelkənli gəmilər hərəkət edən zaman ona yaxınlaşan idarəetmə imkanından məhrum, manevr imkanları pis olan, balıq ovu ilə məşğul olan gəminin üstünlüyə malik olduğunu unutmamalıdır.

Nə vaxtsa balıq tutmaq üçün nəzərdə tutulmuş gəmidə hərəkətdə olarkən onun sürətini azaltmasını, yaxud kursunu dəyişməsini hiss etsəniz, bilin ki, o, ya idarəetmə imkanından məhrum və ya manevr imkanı məhdudlaşdırılmış gəmiyə yol verir.

Dənizin dayaz yerlərində suya oturumun ən aşağı nöqtəsi ilə dənizin dibi arasındakı məsafəsi az olan və kifayət qədər enli olan gəmilərin başqa gəmilərə nisbətən saya oturma riski daha çox olur. Onlara “suya oturumundan çəkinən” gəmi də deyilir. Bu gəmilər müvafiq siqnallar verərsə, o zaman idarəetmə imkanından məhrum və ya manevr imkanı məhdudlaşdırılmış gəmilərdən başqa, digər gəmilər imkan daxilində onun keçidini çətinləşdirməməlidir. O da öz növbəsində tam ehtiyatla hərəkət etməlidir.

 Musa Əliyev

ASCO-nun İctimaiyyətlə Əlaqələr Departamentinin mütəxəssisi

 QEYD: ADDA-nın “Dəniz naviqasiyası” kafedrasının müdiri, texnika üzrə fəlsəfə doktoru, Həzi Nəbiyevin təqdim etdiyi material əsasında hazırlanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır