Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

ADDA professoru İsrail Elmin İnkişaf Akademiyasının akademiki seçilib

"Əsas məsələ tarixi yaratmaqdır, özü də elə tarixi ki, tarixçilər onu yazanda qürur hissi keçirsinlər".

Bu sözlərin müəllifi Ümumimmili lider Heydər Əliyevin hər bir kəsin çalışdığı sahədə tarix yaratmasını müstəqil dövlət quruculuğunun, onun inkiafının başlıca şərti hesab edirdi. Təbii ki, bu gün Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri sırasında addımlaması məhz Ulu öndərin müəyyən etdiyi dövlətçilik prinsiplərinin həyatda, gerçəklikdə özünün tam təsdiqini tapması ilə bağlıdır. Azərbaycanın bütün parametrlər üzrə inkişaf etmi dövlətlərlə bir cərgədə olması bu gün ən yüksək tribunalardan etiraf edilməkdədir. Respublikamız siyasi, iqtisadi, mədəni, elmi-texnoloji və digər sahələrdə bəşəriyyətə öz töhfələrini verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi qayğısı ilə respublikamızda gedən abadlıq və quruculuq işləri ölkəmizə gələn hər kəsi heyrətləndirir və onla bu işləri dünyanın yeni möcüzəsi kimi dəyərləndirirlər.

Son illərdə uğurları ilə öyünə bildiyimiz sahələrdən biri də elm sahəsidir. Belə ki, ali təhsil müəssisələrimiz dünyanın parıcı təhsil şəbəkələri sırsın daxil olmaqdadır, birgə simpozium-konfranslar təşkil edilir, məcmuələr nəşr edilir. Təbii ki, bu nailiyyətlər Ulu öndərin irəli sürdüyü dövlətçilikprinsiplərini inamla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi qayğısı və himayəsi ilə mümkün olmuşdur.

Son illər Azərbaycan ali müəssisələrinin dünya elminə tıhvə verən müəssisələr içərisində Azərbaycan Dövlət Dəniz Akademiyasının mütəxəsisləri də yer tuturlar. Bu alimlərdən öz dəsti-xətti ilə “Tətbiqi mexanika” kafedrasının professoru, riyaziyyat elmləri doktoru Rövşən Hümbətəliyev xüsusilə seçilir.

Elmi axtarışları ilə xarici ölkə akademiyalarının və elm mərkəzinin diqqətini özünə cəlb etməyə bacarıb. Əldə etdiyi nəticələrə görə Rusiya Təbiətşünaslıq Akademiyasının, Rusiya İnformatika Elmləri Akademiyasının, Rusiya Dağ Elmləri Akademiyasının, Rusiya Birləşmiş Elmlər Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının, İtaliya Sosial-İqtisad Elmlər Akademiyasının, Vatikan Bonifasye Akademiyasının, Türkiyə Beynəlxalq Araşdırmalar Elmlər Akademiyasının, Öbəkistan Turon Elmlər Akademiyasının, Beynəlxalq Təbiətşünaslıq Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının Böyük Britaniya və Şotlandiya bölmələrinin həqiqi üzvü, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının müxbir-üzvü seçilib.

O həm də Rusiya, Tükiyə, Özbəkistan akademiyalarının ən yüksək mükafatlarına, Rusiyanın "Əməkdar elm və texnika" və Avropanın "Əməkdar elm xadimi" fəxri adlarına layiq görülüb. Qeyd edək ki, R.Hümbətəliyev BMT-nin UNCOPA (İctimaiyyətlə Əlaqə Təşkilatının) "Elm və sülhməramlı" səfiri fəxi adna da layiq görülüb. Son günlər alim daha bir akademiyaya İsrail Elmin İnkişafı Akademiyasına həqiqi üzv seçilib. Eyni zamanda alim Türk dünyasının "İlin bilim adamı" fəxri adına layiq görülüb və Avropanın şərəf ordenin ilə təltif edilib. Bununla bağlı professoru təbrik edir və ona gələcək iılərində uğurlar arzulayırıq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır