Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-11-27,
Seanews
Heyder Eliyev

Qazaxıstan Rusiyanın çay marşrutlarını dənizlərədək inkişaf etdirməyi təklif edir

Qazaxıstandan Aralıq dənizi və Qara dəniz limanlarına ticarət yollarının şaxələndirilməsi məsələsi Qazaxıstanın ticarət və inteqrasiya naziri Serik Jumanqarin tərəfindən Avrasiya İqtisadi Komissiyası (AİK) Şurasının növbəti iclasında qaldırılıb.

“Seanews.az” xəbər verir ki, gəmiçiliklə bağlı razılaşma sənədi  2019-cu ildə Almatıda Avrasiya Hökumətlərarası Şurasının iclasında imzalanıb və daha sonra Qazaxıstan, Qırğızıstan və Rusiyada ratifikasiya edilib. Saziş Qazaxıstan gəmilərinə yükləri Rusiyanın daxili su yolları ilə Qara və Aralıq dənizi limanlarına çatdırmağa imkan verir.

"Çay naviqasiyasının inkişafı ənənəvi ticarət marşrutlarını şaxələndirməyə imkan verəcək, digər ənənəvi nəqliyyat növləri ilə yanaşı Qazaxıstanın ixracı üçün yeni imkanlar açacaq", -  deyə Jumanqarin bildirib.

O qeyd edib ki, saziş gəmilərin keçidinin koordinasiya müddətini altı aydan 10 günə endirməyə imkan verir. Jumanqarin bunun üçün lazım olan sənədlərin razılaşdırılmasını tezləşdirməyə çağırıb.

Xatırladaq ki, hazırda Qara dəniz limanlarından Xəzər dənizinə yüklər Volqa-Don gəmiçilik kanalı ilə tranzit şəkildə çatdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır