Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Ukrayna limanlarından 600 min ton məhsulla 24 gəmi göndərilib

Üç gəmi ümumilikdə 33 min ton kənd təsərrüfatı məhsulu ilə Ukraynanın Çernomorsk və Odessa limanlarını tərk edib.

Ukraynanın İnfrastruktur Nazirliyindən verilən məlumata görə, çərşənbə günü daha bir gəmi karvanının yüklənmək üçün Ukrayna limanlarına daxil olacağı gözlənilir. Ümumilikdə, artıq Ukrayna limanlarından 600 min ton məhsulla 24 gəmi göndərilib.

Çərşənbə günü Türkiyənin Milli Müdafiə Nazirliyi avqustun 17-də səhər saatlarında kənd təsərrüfatı məhsulları daşıyan dörd quru yük gəmisinin Çernomorsk və Odessa limanlarını tərk etdiyini bildirib. Gəmilər İstanbula gedəcək və orada Birgə Koordinasiya Mərkəzinin nümayəndələri tərəfindən yoxlanılacaq.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır