Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

Hedland limanından filiz ixracı əsasən Çinə həyata keçirilib

2022-ci ilin yanvar-iyul aylarında Avstraliyanın Hedland limanının yük dövriyyəsi əvvəlki illə müqayisədə 3,4% artaraq 328,4 milyon tona çatıb.

“Seanews.az”-ın məlumatına görə,bu müddət ərzində liman vasitəsilə 324,8 milyon tona yaxın dəmir filizi ixrac edilib. Filiz ixracı əsasən Çinə həyata keçirilib.

2021-ci ilin yeddi ayı ərzində liman vasitəsilə dəmir filizi ixracının həcmi 314 milyon ton təşkil edib ki, bu da cari ildə əldə edilən göstəricidən 3,4% azdır.

Hedland limanı Avstraliyanın dəmir filizinin ixrac olunduğu əsas limanıdır. Hedlandın 2021-ci ildə ötürmə qabiliyyəti 2020-ci illə müqayisədə 1% artaraq 553 milyon tona çatıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır