Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

Gəmi 2,9 milyard dollara başa gələcək

“Keppel Offshore & Marine” (“Keppel O&M”) şirkətinin törəmə müəssisəsi olan “Keppel Shipyard”, Braziliyanın milli neft şirkəti “Petroleo Brasileiro S.A”-ın (“Petrobras”) keçirdiyi FPSO gəmisinin layihələndirilməsi, maddi-texniki təminatı və hazır təhvil verilməsi üzrə beynəlxalq tenderin qalibi olub.

“Seanews.az”-ın məlumatına görə,gəmi tikintisi müqaviləsinin dəyəri təxminən 2,9 milyard dollardır.

“P-80” gəmisinin tikintisi 2026-cı ilin birinci yarısında başa çatdırılmalıdır. Bu, “Keppel O&M”-nin “Petrobras”-ın Braziliyadakı Buzios yatağında yerləşdirməsi üçün inşa edəcəyi ikinci FPSO olacaq.

İlk “P-78” üzən sistem hazırda “Keppel” tərsanəsində tikilir.

“R-80” gündə 225 000 barel neft hasilatı, sutkada 250 000 barel su vurma, 12 milyon kubmetr qaz emal gücü və 2 milyon barelə qədər neft saxlama qabiliyyəti ilə dünyanın ən böyük üzən qurğularından biri olacaq.

 “Keppel Offshore & Marine Ltd” (“Keppel Corporation Limited” şirkətlər qrupuna daxildir) dənizdə qazma və ixtisaslaşdırılmış gəmilərin layihələndirilməsi, təmiri, modernləşdirilməsi və tikintisi sahəsində ən böyük şirkətdir. “Keppel O&M” 20 gəmiqayırma zavodunu birləşdirir, şirkətin şəbəkəsi Asiya-Sakit okean regionunu, Meksika körfəzini, Braziliyanı, Xəzər regionunu, Yaxın Şərq və Şimal dənizi regionlarını əhatə edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır