Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

“Eneti Inc.” şirkəti payını satıb

“Eneti Inc.” şirkəti “Scorpio Tankers Inc”-dəki bütün adi səhm paketini satdığını bildirib. 2 milyon 155 min 140 səhmin satışının məbləği təqribən 83,3 milyon dollardır (bir səhm üçün 38,65 dollar).

“Seanews.az”-ın məlumatına görə,razılaşmanın bir hissəsi olaraq, “Scorpio Tankers Inc.” 50 milyon dollara təxminən 1,3 milyon səhm alıb.

“Eneti Inc.” mühəndis konstruksiyalarının quraşdırılması və təmiri üçün gəmilərin köməyi ilə dəniz külək enerjisi sənayesinə xidmətlər göstərir. Şirkət ən müasir külək turbinləri quraşdıran gəmilərin tikintisinə böyük sərmayə qoyub.

“Scorpio Tankers” dünyanın ən böyük neft və neft məhsulları, eləcə də qida yağları daşıyıcılarından biridir. Marşal Adaları Respublikasında qeydiyyatdan keçən şirkətin Monako və Nyu-Yorkda ofisləri var. Hazırda şirkət özünün və ya  icarəyə götürdüyü orta yaşı 6,6 il olan 113 ərzaq məhsulları daşıyan tankeri istismar edir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır