Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Reyn çayında suyun səviyyəsi böyük barjların istismarına imkan vermir

Almaniyada daxili su yolları ilə daşınan yüklərin 80%-i Reyn çayının payına düşür.

“Seanews.az”-ın məlumatına görə, hazırda çayda suyun səviyyəsi elə həddə düşüb ki, böyük barjların istismarı mümkün deyil. Suyun səviyyəsinin barjlar üçün keçilməzliyi, ölkənin təchizatını da təhlükə altına qoya bilər,

Hələ 2018-ci ildə Avropada sonuncu böyük quraqlıq yaşananda Reyn çayı 132 gün yük gəmiləri üçün bağlanıb və bu, Almaniyada az qala tənəzzülə səbəb olub. Lakin bu il çayda yüklərin daşınması xərcləri artıq 5 dəfə artıb və iqtisadçıların hesablamalarına görə, fasilələr Almaniyanın ümumi iqtisadi artımını bu il yarım faiz azalda bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır