Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Beş gəmiyə Ukraynanı tərk etməyə icazə verilib

İstanbuldakı Birgə Koordinasiya Mərkəzi 2022-ci il avqustun 16-da qida müqaviləsi çərçivəsində beş gəmiyə Ukraynanı tərk etməyə icazə verib.

“Seanews.az”-ın məlumatına görə,“Propus” gəmisi Çernomorskı 9111 ton buğda ilə tərk edəcək.

Rumıniyaya gedəcək  “MV Osprey S” gəmisi də Çornomorskdan çıxacaq. O, Türkiyənin İskəndərun limanına 11,5 min ton taxılla üz tutacaq.

6161 ton buğda daşıyan "Ramus" gəmisi Çornomorskdan Karasuya (Türkiyə) yola düşəcək.

“MV Brave Commander” gəmisi  Yujnı limanını 23 300 ton buğda ilə tərk edib Cibutiyə yollanacaq. Qeyd olunur ki, buğda Ümumdünya Ərzaq Proqramının quraqlıqla mübarizə tədbirləri çərçivəsində Efiopiya üçün nəzərdə tutulub.

“MV Bonnita” gəmisi 60 000 ton qarğıdalı ilə Yujnı limanından Cənubi Koreyanın İncheon şəhərinə yola düşəcək.

Birgə Koordinasiya Mərkəzi həmçinin iki gəminin Çornomorsk və bir gəminin Odessaya gəlməsinə icazə verib. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır