Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-09-26,
Seanews
Heyder Eliyev

“MSC” 114 konteyner gəmisi ilə ən böyük sifariş qovluğuna malikdir

Hazırda konteyner gəmilərinin tikintisi üçün dünya sifariş qovluğu mövcud donanmanın təxminən 30%-ni təşkil edir. Gələcəkdə bu, təklifin artıqlığına və müvafiq olaraq, yükdaşıma tariflərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilər.

“Seanews.az” xəbər verir ki, bununla belə, “Evergreen” şirkətinin direktorlar şurasının sədri Çanq Yen-Yi hesab edir ki, Beynəlxalq Dəniz Təşkilatının (IMO) tələblərinə görə köhnə gəmilərin mərhələli şəkildə ləğvi böyük sifariş qovluğu və sonradan artıq tonajla bağlı narahatlıqları azaldacaq.

Çanq Yen-Yi  qeyd edib ki, "köhnə, ətraf mühitə uyğun olmayan gəmilər üçün təkrar emal müddətləri var, buna görə də onlar bazardan çıxarılmalı olacaq."

“Evergreen” şirkəti hazırda sifarişlər qovluğunda ümumi tutumu 541,8 min TEU olan 56 konteyner gəmisinə malikdir ki, bu da xəttin hazırkı donanma tutumunun (1,58 milyon TEU) 34%-ni təşkil edir.

“Sinokor Merchant Marine” tərəfindən sifariş edilən gəmilərin ümumi tutumu 93,3 min TEU təşkil edir ki, bu da şirkətin mövcud donanmasının ümumi tutumundan iki dəfə çoxdur.

“Wan Hai Lines” şirkəti ümumi tutumu 72,3 min TEU olan konteyner gəmilərinə sahibdir. Bu, şirkətin əməliyyat parkının 72%-nə bərabərdir.

“MSC” şirkəti ümumi tutumu 1,53 milyon TEU olan 114 konteyner gəmisi ilə ən böyük sifariş qovluğuna malikdir.

“Dünyada yaşı 21-dən yuxarı olan konteyner gəmilərinin ümumi tutumu təxminən 2,2 milyon TEU-dur. Bu, əməliyyat parkının 10%-ni təşkil edir. IMO-nun emissiyaların azaldılması qaydaları qüvvəyə mindikdə, dünya konteyner donanmasının yarısının təkmilləşdirilməsi tələb olunacaq. Avropa Birliyi də gələn ildən karbon vergisi tutmağa başlayacaq və bu, köhnə gəmilərin təkrar emalını sürətləndirəcək”, - deyə Çanq Yen-Yi bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır