Arktikada gəmiçilik sahəsində Rusiyanın “inhisarını” aradan qaldırmaq istəyirlər
Alyaskadan respublikaçı senator Liza Murkovski Arktika regionunda milli prioritetlərin həllinə yönəlmiş qanun layihəsi təqdim edib.
Bu barədə Kanadanın “Yukon News” xəbər agentliyi məlumat yayıb.
"Mən həmişə Alyaskanın yerləşməsinin əhəmiyyətini və Arktika bölgəsinin xalqımız üçün böyük dəyərini qeyd etmişəm. Bu rol bizim Arktikada fəal diqqətimizi, nəzarətimizi və səylərimizi tələb edir. Arktika qanun layihəsini təqdim etməkdən qürur duyuram. Arktikada imkanlar çoxdur. ABŞ qütb ölkəsidir və biz regiona sərmayə qoymalı və liderlik etməliyik”,- deyib Murkovski.
Qanun layihəsinə bir neçə bənd daxildir. Murkovskinin təklifinə görə, ABŞ Arktikada gəmiçilikdə Rusiyanın “inhisarını” aradan qaldırmalıdır. ABŞ Nəqliyyat Departamenti Konqresə Arktikada Rusiya gəmiçiliyinə nəzarət və təsirini əks etdirən hesabat təqdim edəcək. Bundan sonra Arktika gəmiçiliyində ABŞ-ın iştirakını artırmağa imkan verən Rusiya “inhisarını” aradan qaldırmaq və ya qarşısını almaq üçün plan hazırlamaq lazımdır.
İkinci məqam isə ABŞ-ın Arktikada daimi donanmasının yaradılmasıdır. Qanun layihəsi Sahil Mühafizəsi və Hərbi Dəniz Donanmasının nazirindən bölgədə ilboyu daimi fəaliyyətin təmini barədə hesabat vermələrini tələb edir. Klarens və hər hansı digər dərin su limanı təklifin gerçəkləşməsinə imkan verəcək. O, həmçinin tələblərin həyata keçirilməsi üçün xərclərin qiymətləndirilməsini və Berinq dənizində və Arktikada ilboyu dəniz əməliyyatlarını dəstəkləmək üçün zəruri olan sahil infrastrukturunun yaradılmasının nəzərdən keçirilməsini tələb edir.
Qanun layihəsinin digər bəndi 1974-cü il Dərin Su Limanları Aktına düzəlişdir. Dəyişikliklərə əsasən, Energetika Nazirliyinin hidrogenin bütün formalarında, o cümlədən LNG, hidrogen və ammonyak ixracı üçün lisenziyalar vermək səlahiyyəti olacaq.
Qanun layihəsi, Arktikanın inkişafı üçün hərtərəfli planı irəli sürmək, federal qurumlar arasında lazımi koordinasiyanı təmin etmək üçün ABŞ Prezidentinə hesabat verən icraedici orqan kimi Arktika İcraiyyə Komitəsinin yaradılmasını nəzərdə tutur.
“Seanews.az”