Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

“BW Malacca” gəmisinin mühərriki mazut və LPG ilə işləmək üçün təkmilləşdirilir

Mayeləşdirilmiş neft qazı ilə işləyən tanker donanmasının sahibi və operatoru olan Norveçin “BW LPG” (Oslo) şirkəti özünün “BW Malacca” tankerinin əsas mühərrikinin modernləşdirilməsini başa çatdırıb. İndi gəmi iki növ yanacaqla işləyə biləcək.

“Seanews.az” xəbər verir ki, güc qurğularının modernləşdirilməsi işləri Çinin “Yiu Lian Dockyards” (Shenzhen) gəmiqayırma zavodunda “MAN Energy Solutions” şirkətinin bölməsi olan və satışdan sonrası texniki xidmətlə məşğul olan “MAN PrimeServ”-in nəzarəti altında gəminin planlı (5 ildən sonra) təmiri çərçivəsində həyata keçirilib. Yeni mühərrikli “BW Malacca” tankeri artıq dəniz sınaqlarını başa çatdırıb.

“MAN Energy Solutions”-dan “ME-LGIP” mühərrikləri üçün sifarişlərin sayı 120-ni keçib. Bu mühərriklərdən 35-i artıq istismardadır. Həcmi 30 min kubmetrdən çox olan LPG tankerləri təkmilləşdirilib. “ME-LGIP” texnologiyalarından istifadə etməklə daşınan yükün bir hissəsini gəmi yanacağı kimi istifadə etmək olar.

“MAN Energy Solutions” ilk dörd təkmilləşdirmə sifarişini 2018-ci ilin sentyabrında, Kopenhagendəki tədqiqat mərkəzində “ME-LGIP” mühərrikinin rəsmi təqdimatından əvvəl elan edib. Tədbirdə “BW LPG” ilə rəsmi müqavilə imzalanıb. 2020-ci ilin oktyabr ayının sonunda “BW Gemini” qaz daşıyıcısının göyərtəsində əsas mühərrikin konvertasiyası tamamlanıb. Tanker operatorunun gəmisi iki taktlı, iki yanacaqlı LPG mühərriki ilə işləyən dünyada ilk mülki gəmi olub.

Şirkət xatırladır ki, mayeləşdirilmiş neft qazından dəniz yanacağı kimi istifadə emissiyaları: kükürdü - 99%, karbon qazını - 15%, azot oksidlərini - 10% və bəzi hissəcikləri - 90% azalda bilər.

40 illik təcrübəyə malik “BW LPG” gəmiçilik şirkəti bu gün ümumi yük tutumu 4 milyon kubmetrdən çox olan mayeləşdirilmiş neft qazı (LPG) tankerləri, VLGC və LGC meqaqazdaşıyıcıları parkının sahibi və operatorudur. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır