Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

Beş il istismar edilən “Aframax” tankerinin dəyərinə keçən ilin əvvəlində yeni gəmi tikmək olardı

“Gibson Shipbrokers”-in həftəlik hesabatında bildirilir ki, son bir neçə il ərzində tanker sahibləri konteyner gəmilərinin qiymətlərinin əhəmiyyətli dərəcədə artdığını, pandemiya fonunda tankerlərin daşınma mənfəətlərinin zəif tələbatdan zərər çəkdiyini müşahidə etdilər.

Neft istehlakının tədricən bərpası və Ukraynada hərbi əməliyyatlar tariflərin və bununla da istifadə olunmuş tankerlərin qiymətinin son on ildə rekord səviyyəyə qalxmasına səbəb oldu. Tərsanə çatışmazlığı və artan inflyasiya səbəbindən yeni tankerlərin tikintisinin dəyəri də artdı.

Analitiklər əlavə edirlər ki, bazarın inkişafı ilə daha yaxından əlaqəli olan işlənmiş tankerlərin qiymətləri yalnız keçən ilin sonunda yüksəlməyə başladı ki, bu da qismən neft tələbatı ilə bağlı artan nikbinlik və yeni sifarişlərin azalması ilə dəstəkləndi.

Məsələn, 5 yaşlı MR tankerinin dəyəri əhəmiyyətli dərəcədə - 2020-ci ildəki 29 milyon dollardan 2021-ci ilin dekabrında 34 milyon dollara qədər artdı.  

Beş il istismar edilən “Aframax” tankerinin dəyəri 2021-ci ilin yanvarından bu yana 50% artaraq 51 milyon dollara çatıb ki, bu da keçən ilin əvvəlində yeni gəminin tikintisi xərclərini üstələməsi deməkdir.

Eyni zamanda, analitiklərin fikrincə, İran və ya Venesuelaya qarşı sanksiyaların istənilən yumşaldılması sahədə əks nəticə verə bilər.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır