Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

Eelektriklə işləyən ilk yedək gəmisi 2025-ci ilin əvvəlində istismara veriləcək

Yaponiyanın “Kawasaki Kisen Kaisha, Ltd.” (“K Line”) Qrupuna daxil olan “Seagate Corporation Co., Ltd.” (“SGC”) şirkəti elektriklə işləyən yedək gəmisi inşa edəcək.

“Seanews.az” xəbər veriri ki, yeni yedək gəmisinin elektrik stansiyası hibrid olacaq, əsas enerji mənbəyi kimi elektrik enerjisindən istifadə edəcək. Əsas mühərrik sahil qurğularından doldurulan yüksək tutumlu litium-ion akkumulyatorla təchiz ediləcək. Gəmidə köməkçi enerji mənbəyi kimi generator quraşdırılacaq.

Elektrik mühərriki ilə təchiz edilmiş ilk yedək gəmisi 2025-ci ilin birinci yarısında istismara veriləcək və Tokuyama ərazisində fəaliyyət göstərəcək. Gələcəkdə generatorun istifadə etdiyi yanacaq karbonsuz yanacaqla əvəz edilə bilər.

 “K Line” şirkətinin ətraf mühit proqramının məqsədi 2050-ci ilə qədər istismar zamanı “sıfır istixana qazı emissiyasına” nail olmaqdır.

1919-cu ilin aprelində yaradılmış “Kawasaki Kisen Kaisha Ltd.” Yaponiyanın ən qocaman və böyük gəmiçilik şirkətlərindən biridir. Dünyanın konteyner yükdaşıyıcıları arasında 16-cı yerdədir. Dəniz və intermodal daşımalar üzrə ixtisaslaşmışdır. Şirkət balkerlər, konteynerdaşıyanlar, “Ro-Ro” gəmiləri, neft və LNG tankerləri donanmalarıını və konteyner terminallarını idarə edir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır