Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

“MOL” gəmiçilik şirkəti və Yaponiya institutu gəmi yanacağı ilə bağlı tədqiqatlara başlayıb

“Mitsui O.S.K. lines, ltd.” (“MOL”) şirkəti Yaponiyanın Milli Ətraf Mühitin Tədqiqatları İnstitutu (NIES) ilə birgə gəmi yanacağı tədqiqatlarına başlayıb.

“Seanews.az”-ın məlumatına görə, bu sahədə artıq təcrübəsi olan “MOL” və NIES yanacağın keyfiyyətinin təhlili və gəmi avadanlıqlarının təhlükəsiz istismarı üçün tədqiqatlar aparacaq. Birgə layihə üç il üçün nəzərdə tutulub.

Tərəfdaşlar müxtəlif yanacaqların keyfiyyətinə və xüsusiyyətlərinə görə ətraf mühitə təsirləri proqnozlaşdırmağa və avadanlıqla bağlı problemlər zamanı neft sızması riskini azaltmağa kömək edəcək tədqiqat nəticələrinin məlumat bazasını quracaqlar. Onlar həmçinin gəmilərdə bioyanacaqdan istifadə imkanlarını araşdıracaqlar.

Qeyd edək ki, Milli Ətraf Mühitin Tədqiqatları İnstitutu Yaponiyada ekologiya sahəsində müxtəlif fənlərarası və inteqrasiya olunmuş tədqiqatlar aparan yeganə ümummilli institutdur. NIES üç əsas məsələdə - fundamental elmdən sosial tətbiqə qədər hərtərəfli tədqiqatlarda; ekoloji məlumatların toplanması, emalı və yayılmasında; iqlim dəyişikliyinə uyğunlaşma ilə bağlı xidmətlərin göstərilməsində mühüm rol oynayır.

“MOL” isə bütün dünyada həftəlik layner və logistika xidmətləri şəbəkəsini idarə edən nəqliyyat multimodal şirkətlər qrupudur. Donanmasına ümumi dedveyti 54,7 milyon ton olan müxtəlif təyinatlı 742 gəmi daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır