Altı etan qazı daşıyıcısından birincisini qəbul edib
Cənubi Koreyanın Ulsandakı gəmiqayırma zavodunda tutumu 98 min kubmetr olan “VLEC” seriyalı ilk etan tankeri “STL Yangtze”-nin qəbulu mərasimi keçirilib.
“Seanews.az” xəbər verir ki, ümumilikdə “Eastern Pacific Shipping” şirkəti altı belə tanker sifariş edib.
Etan daşımaq üçün nəzərdə tutulmuş bu gəmilərin hamısı etan yanacağı ilə işləyə bilən iki yanacaqlı mühərriklərlə təchiz ediləcək.
Sifarişçiyə təhvil verildikdən sonra tankerlər Çinin “Zhejiang Satellite Petrochemical” (“STL”) şirkəti tərəfindən ABŞ körfəzi sahilləri arasında “STL”-nin Çinin Lianyunqanq şəhərindəki zavoduna etan daşımaq üçün 15 illik müddətə icarəyə götürüləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır